Press Reliz
İstambul, Türkiyə
17 Aprel Dünya Hemofiliya Günü ərəfəsində Türkiyə Hemofiliya Dərnəyi 14-17 Aprel 2012 il İX- cu Türkiyə Hemofiliya Kongresi keçirdi. Konqresdə 652 iştirakçı olmaqla, Türkiyənin bütün bölgələrindən gələn həkim, hemofiliyalı xəstələr və onların ailə üzvləri, habelə Türkiyənin dövlət qurumlarından Sağlıq Bakanlığı, Sosial Güvənlik, dərman preparatları Faktor Konsentralarını Türkiyəyə idxal edən əczaçı şirkətlərin məsul şəxsləri iştirak etmişdir.
Əsas mövzusu olan “Xalq, Həkim və Hemofiliyalı xəstə” adlı Konqresdə Dünyanın tanınmış mütəxəssisləri bir araya gəlmişdir. Burada dünyada hemofiliya xəstəliyinin müayinəsi, müalicəsi və xəstələrin dəqiq qeydiyyatına dair mühazirələr təqdim edilmişdir.
Azərbaycan tərəfindən 4 iştirakçı qatılaraq, Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova Azərbaycanda bu sahədə olan inkişaf haqqında məlumat vermişdir.
Bu il Türkiyə Hemofiliya Dərnəyi 20 illik və Azərbaycan Hemofiliya Assosiasiyası 15 illik yubileylərini birlikdə 17 Aprel Dünya Hemofiliya Günündə təntənəli olaraq Konqres zamanı qeyd etdilər. Tədbirdə birgə əməkdaşlığın nəticələri müzakirə olundu və gələcək perspektivlər haqqında tədbirlər proqramı hazırlandı.