Konfransda hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri Aytən Mustafayeva, Hadi Rəcəbli, Rəbiyyət Aslanova, ABA CEELİ-nin ölkə üzrə direktoru Robert Stir, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədov, Səhiyyə nazirliyinin məsləhətçisi Yusif Babayev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, AMEA-nın şöbə müdiri Vüsalə Həsənova, BDU-nun Hüquq fakultəsinin professoru Mayis Əliyevin çıxışları dinlənilmişdir. Əlil təşkilatlarının rəhbərləri, əlillər və təşkilatların nümayəndələri mövzu ətrafında müzakirələrə qoşulmuşlar.