Azərbaycan Gənclər Fondunun
maliyyə dəstəyi ilə “BU BİZİK” layihəsi fəaliyyətə başladı.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bu buzuk” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır. Eyni zamanda layihənin dəstəyi ilə əlilliyi olan gənclərin potensial imkanlarının araşdırılması və müxtəlif yaradıcılq sahələri üzürə peşə-təlim kurslarının təşkil edilməsidir. Bu proqram “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri olan əlilliyi olan insanlar arasında işsizliyin azaldılması, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dəstək məqsədilə təşkil olunur. Mütəxəsislər tərəfindən iştirakçılara təşkil olunan kursların mahiyyəti, gənc əlillərin sahibkarlığın inkişafında rolu, biznesin təşkili və onlardan faydalanma imkanları açıqlanacaqdır. Layihə 8 ay müddətində paralel olaraq respublikanın 4 bölgəsində həyata keçiriləcəkdir.
Firuzə BABAYEVA
Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU)
cəmiyyətinin icraçı direktoru,
layihənin koordinatoru