2012 Bərabərliyə nail olmaq üçün Əlilliyi olan uşaqların
Global Əməkdaşlıq haqqında Forum
Əlilliyi olan uşaqları İnkişafın Ön planına çıxarmaq
September 14-15 sentyabr 2012
UNICEF House, Labouisse Hall
Sentyabr ayının 14-15 Nyu York şəhərində BMT-nin (UNİCEF) qərargahında UNICEF əlilliyi olan uşaqların Global Əməkdaşlığa dair tədbir keçirmişdir. Forum çərçivəsində Əlillərin hüquqlrı haqqında Konvensiyanın tam həyata kecirilməsi, 2015-ci ilə qədərki global səviyyədə vəziyyət, habelə əlilliyin xüsusilə (təhsil, qidalanma və inklusivlik) kimi tematik mövzulara inteqrasiya etməsi, o cümlədən konkret ölkələrdə milli səviyyədə əməkdaşlığa dair məsələlərini müzakirə edilmişdir.
Tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Dünyaya Baxış hümanitar təşkilatının direktoru Georgi Devidze, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Dünyaya baxış təşkilatının layihə rəhbəri Vüqar Əhmədov iştirak etmişlər.
Forumda habelə bu il əlilliyi olan uşaq və qadınlar əsas mövzuları müzakirə edilmiş əlillərin hüquqlrı haqqında Konvensiyaya üzv ölkələrin 5-ci Assambleyası öz işinə başlayacaqdır. Forumda Dövlətlər, BMT agentlikləri, gənc nümayəndələr, vətəndaş cəmiyyəti təşkilatları, ƏHK-nın Dəstək Qrupu, habelə 3 qlobal əlillik şəvbəkəsini özündə birləşdirən (Beynəlxalq Əlillik Alynası, beynəlxalq Əlillik və İnkişaf Konsortiumu, Əlillik və İnkişafa dair Global Əməkdaşlıq ) kimi qurumlar, və digər 100-dən çox Uşaqları Xilas edək, Dünyaya Baxış, Uşaq hüquqlarına dair beynəlxalq plan və kampaniya kimi təşkilatlar iştirak etmişlər.