2-13 sentyabr tarixində Genevrədə BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiya üzrə Komitənin 10-cu sessiyası keçirilmiçdir. Sessiyada Azərbaycan, Avstriya, Avstraiya, Salvador, Kosta Rika və İsveçrədən QHT-lər tərəfindən təqdim olunan paralel hesabatların təqdimatları olmuşdur. Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) təqdim etdiyi hesabatın təqdimatını etmiş, aktual məsələlər və onların həlli yolları üzrə təkliflərini təqdim etmişdir.