Azərbaycan Respublikası
Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası
Bakı şəhəri, ƏTİ-nin offisi, 11 mart 2014-cü il, saat 15.00
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.
Gündəlik:
2. ƏTİ-nin növbəti ümumi yığıncağı
3. Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planı.
4. Cari məsələlər
ƏTİ idarə heyətinin sədri Gülnarə Hüseynova gündəliyi elan etdi və təsdiq olundu.
Gündəlikdə olan birinci məsələ ilə əlaqədar ƏTİ-nin prezidenti Davud Rəhimli məlumat verdi və sualları cavablandırdı.
İkinci məsələ ilə əlaqədar 5 nəfərdən ibarət təşkilat komitəsi yaradıldı, umumi iclasa hazırlıq və keşirilməsi təşkilat komitəsinə tapşırıldı.
Yeni qanun layihəsi (Əlilliyi olan şəxslərin hüquqları haqqında) və Milli fəaliyyət planına aid təşkilatlardan daxil olmuş təkliflərə baxıldı. Növbəti iclasda ümumiləşdirilməsi və ümumi iclasda təsdiq olunaraq aidiyyatı orqanlara göndərilməsi nəzərə alındı.
Bunlardan başqa idarə heyəti müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparmışlar.