BMT-nin Əlilliyi Olan Şəxslər üzrə Komitəsi 11 aprel 2014-cü il
BMT-ni Əlilliyi olan şəxslər üzrə Komitəsi Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslər haqqında Konvensiyası”na (ƏOŞHK) dair ilk hesabatı ilə əlaqədar hökumətə son qeyd və təklifləri hazırlamışdır. Sənəddə sözügeden Konvensiyanın yerinə yetirilməsi ilə əlaqədar görülən işlərlə yanaşı yerinə yetirilməmiş və yerinə yetirilməsi vacib məqamlərı hökümətin nəzərinə çatdırılr. 57 bənddən ibarət olan bu qeydlər Konvensiyanın bütün maddələrini əhatə edir. Bu məsələlər hökumətin növbəti illərdə əlillik sahəsində görəcəyi əsas fəaliyyətlər olacaqdır. Sənəddə bu fəaliyyətlərin əlilliyi olan şəxslərin təşkilatları ilə söx əməkdaşlıq şəklində həyata keçirilməsi də vurğulanmışdır. Qeyd edək ki, növbəti hesabat 28 fevral 2019-cu il tarixə kimi verilməlidir və hökumətə ünvanlanan suallar əsasən həllini tapmalıdır.
(Qeyd: Sənəd ingilis dilindədir. Azərbaycan dilinə tərcümə olunaraq yayımlanacaqdır)