№ 06./08 Bakı – 20.11. 2014 saat 10.30 -da
.
PRESS RELİZ
“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən “Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsini icra edir.
Layihənin əhatə etdiyi şəhər - Bakı şəhəri
AZƏRBAYCANDA AUTIZM SINDROMLU UŞAQLARIN VƏ ONLARIN VALİDEYNLƏRİNİN QARŞILAŞDIQLARI ƏSAS PROBLEMLƏR və onların həllinə dair təkliflər-Suraxanı rayonu-
Gənclər evi-Tədbir Suraxanı RİH, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir
Bu təkliflər paketi Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsi “çərçivəsində “Azərbaycanda autizm problemi və autizm sindromlu uşaqların və onların valideynlərinin qarşılaşdıqları əsas problemlərin həllinə dair təkliflər” mövzusunda keçirilən geniş İctimai müzakirədir. Tədbirin sonunda tədbir iştirakçıları və valideynlərin imzası ilə təsdiq edilərək müzakirə üçün Milli Məclisə və aidiyyatı qurumlara göndəriləcək.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına müvafiq işlənib hazırlanmış, sosial xidmət sahəsində dövlət sifarişləri üzrə élan edilmiş “Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi” layihəsində iştirak edən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi qalib elan edilmiş və 01.07.2014-cü il tarixdə layihənin icrasına başlamışdır. Layihənin icrasında əlli nəfər autizmdən əziyyət çəkən uşaq reabilitasiya olunaraq cəmiyyətə adaptasiya yönümündə xüsisi təlimlər alır.
20 noyabr Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən , hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Ən pisi odur ki, ölümlə nəticələnən həmin xəstəliklərin çoxu asanlıqla aradan qaldırıla bilənlərdi. Lakin yoxsulluq, cahillik, ayrı-seçkilik və zorakılıq bununla mübarizə aparmağa maneçilik törədir. BMT-nin uşaq fondu ana bətnindən yeniyetmə yaşına qədər uşaq sağlamlığının bütün sahələri üzrə geniş işlər həyata keçirir.
Ölkəmizdə autizm sindromu ən aktual və həll olunması vacib olan problemlərdən sayılır. Getdikcə autizm sindromlu uşaqların sayı artır və nədən yaranmasının elmə məlum olmaması lakin reabilitasiyasının xüsusi təlimlərlə mümkünlüyü aşkar olmuşdur. Azərbaycanda bu sahədə işlərin başlanğıcı qoyulmuşdur.Artıq autizm problemi dövlətin nəzarətindədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. “Dünyada təxminən 60-70 min nəfər bu xəstəlikdən əziyyət çəkir. Ölkə ilə bağlı bizim təşkilatımızın da statistikası var. Biz qeyri-hökumət təşkilatı olduğumuzdan, statisktikamız rəsmi rəqəm hesab olunmur. Ayrıca, nəzərə alaq ki, diaqnoz məsləsində problemlər çox yaşanır. Bizim araşdırmamıza görə, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların sayı təxminən 4 minə çatmaq üzrədir. Təkcə bizim təşkilatın qeydiyyatında 1000-ə yaxın autizm sindromu olan uşaq var. Onlar fərdi və qrup məşğələləri şəklində mütəmadi olaraq xüsusi təlim almalıdırlar ki,cəmiyyətə adaptasiya olunaraq normal insanlar kimi yaşaya bilsinlir. XXI əsrin psixoloji və əqli problemi olan Autizm qlobal olaraq Respublikamızda da həlli vacib məsələlərdən biridir.Bütün inkişaf etmiş ölkələrdə Autizm Araşdırma və Bərpa Mərkəzləri fəaliyyət göstərir.Azərbaycanda Autizm sindromlu övladı olan valideynlər xarici ölkələrə üz tuturlar.Bu problemlərini xarici ölkələrdə həll etməyi üstün tutan və orada yaşamağı seçən valideynlər çoxdur.Autizm sindromlu övladı olan ailələr bir sıra problemlərlə üzləşərək çıxılmaz vəziyyətə düşərək autizmləşirlər.
Tədbirin keçiriləcəyi ünvan: Bakı şəhəri,Suraxanı rayonu,S.Bəhlulzadə küç.Suraxanı rayon Gənclər evi(Suraxanı Məhkəməsinin yanında )
Əlaqə tel:0124770666,(050) 370 23 48,(055)347 99 51
“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”Ictimai Birliyinin (ADPYM) Mətbuat xidməti