“Sosial hüquqların araşdırılması” İctimai Birliyin "Sosial məsələlər üzrə Hüquq Klinikası"


 ELAN 

 

         “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili”  adlı layihə həyata keçirir. Layihə ilə əlaqədar olaraq  SHAİB-nin Sosial məsələlər üzrə Hüquq Klinikası fəaliyyət göstərməyə başlamışdır. Klinikada aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstəriləcək.

    Aztəminatlı əhalinin Klinikada qəbul günləri həftənin  I və V günləri, saat 1500-dan 1800-dək həyata keçiriləcəkdir.

         Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: ulvi-1560@mail.ru).

         Ünvan : Süleyman Rüstəm küçəsi 33/93

                                                            

                                                               “Sosial hüquqların araşdırılması”

                                                              İctimai Birliyinin mətbuat xidməti

 




Tarix:20/5/2015     old.udpo.az saytı Geri