“Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyi “Əlilliyi olan uşaqlar üçün yay tətilinin təşkili” layihəsi


 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyi tərəfindən “Əlilliyi olan uşaqlar üçün yay tətilinin təşkili” layihəsi çərçivəsində Qəbələ rayonunda tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri, layihə rəhbəri Yaşar Hümbətov iştirakçıları salamladıqdan sonra ictimai birliyin fəaliyyəti haqqında, layihə haqqında məlumat verib və tədbirin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
 
Daha sonra təlimçi Şəmsiyyə Əzimova və ekspert Anar Məhərrəmov layihə çərçivəsində əlilliyi olan uşaqlar üçün təşkil ediləcək fəaliyyətlər, ekskursiyalar, müsabiqələr haqqında məlumat verərək bildiriblər ki, qeyd edilən fəaliyyətlər əlil uşaqlar arasında istedadlıları üzə çıxarmaq, onların cəmiyyətə uğurlu inteqrasiyası, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün olduqca əhəmiyyətlidir.
 
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
 
 




Tarix:22/5/2015     old.udpo.az saytı Geri