“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT – lərə DDŞ – nın maliyyə dəstəyi ilə “Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi məqsədi ilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti təlim seminarını uğurla keçirmişdir. Məlumat üçün bildiririk ki, bu layihənin reallaşdırılmasında məqsəd əlilliyi olan şəxslər arasında sahibkarlığın təşviqi, əlillərin və o cümlədən əlil qadınların sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə maarifləndirmə tədbirlərinin təşkili, kreditlərə çıxış imkanlarının öyrədilməsi və fəallığın artırılmasıdır. Məqsədlərə çatmaq üçün aşığıdakı vəzifələr yerinə yetiriləcəkdir: • “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin əlillərə çatdırılması; • Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi ilə insan kapitalının inkişafı vә səmәrəli sosial müdafiə sisteminin qurulmasına yönəlmiş addımların əhəmiyyəti; • Kreditlərə çıxış imkanları və onun yolları; • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan əlillərin təmsil etdiyi hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlayan əlillərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıq¬ların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi. Tədbirdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Deportamentinin Qeydiyyat və Uçot şöbəsinin rəisi Babayev Azər Nazim oğlu iştirak etmiş və “İstehsal və istehlak müəssisələrinin yaradılması, əhəmiyyəti və idarə olunması” mövzusunda tədbir iştirakçılarını geniş məlumatlandırmışdır. Eynilə sahibkarlıq fəaliyyətinin təşkili və həyata keçirilməsi prosesində verdi ödənişlərinin yolu və əhəmiyyəti ilə bağlı zəruri bilgilər barəsində də iştirakçılara geniş məlumat verilmişdir. Qonaq qismində “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Rafael Becanov da tədbirə qatılmışdır.