“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16 mart 2015-ci il tarixdə keçirilmiş “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda-şəhərlərdə (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı müsabiqənin Cəlilabad rayonu üzrə qalibi olmuşdur. Nazirliyin Dövlət Sosial Təminat Xidmət İdarəsinin rəisi Çingiz Əliyev 08.07.2015 tarixdə mərkəzdə olmuş və fəaliyyət ilə tanış olmuşdur.