SHAIB Şamaxı və İsmayıllıda


PRESS RELİZ - Şamaxı

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi”  adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas  məqsədi Əhalinin müxtəlif təbəqəsi, əsasəndə aztəminatlı əhalinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və  onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə çərcivəsində  aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikası təşkil edilmiş və artıq fəaliyyətə başlamışdır. Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icra planına uyğun olaraq 08 iyul 2015-ci il tarixində Şamaxı rayonunda “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsi ilə bağlı içtimai müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihənin mahiyyəti haqqında  və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər barədə geniş məlumat vermişdir. Tədbirdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov “Aztəminatlı əhalinin inzibati və məhkəmə qaydasında hüquqlarının müdafiəsi formaları haqqında”,  AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, Zamiq Aslanov  “Aztəminatlı əhalinin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri haqqında” və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müşaviri  Müqalib Mahmudov “Vətəndaşların  sosial hüquqlarının müdafiəsində  Ombudsman təsisatının rolu”  məruzələrlə çıxış etmişlər. Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İB-nin Şamaxı rayonu üzrə sədri Güllü Babaşova, Əlil Qadınlar Cəmiyyətinin Şamaxı rayon şöbəsinin müdüri Leyla Seyidova, Qadın və Uşaq  Problemlərinin Araşdırılması Şamaxı regional  bölməsinin sədri Nurlana Maqsudova və digərləri çıxış etmişlər. Sonra layihənin koordinatoru, prof.Mayis Əliyev tədbir iştirakçılarının suallarına cavab vermiş və layihənin hüquqşünas-ekspertləri müraciət edənlərə hüquqi yardım göstərilmişdir.

Daha ətraflı: www.rsr.az ,www.udpo.az

                                                                                                            SHAİB-in mətbuat xidməti

 

 






Tarix:9/7/2015     old.udpo.az saytı Geri