Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi
09 sentyabr 2015-ci il tarixli qətnaməsinə etiraz olaraq,
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun
Avropa Parlamenti müdrüklük edib Avropanın Parlamentinin üzvü olan və olmayan ölkələrinə bərabər və ədalətli münasibət göstərmək əvəzinə, Azərbaycan haqqında həqiqətə uyğun olmayan bəyənatları ilə radikal, pozucu siyasətlə məşqul olduğu açıq-aşkar görünür.
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsində, guya Azərbaycanda, ümumiyyətlə, insan haqlarına əməl edilməməsi və Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış və qərəzli şəkildə məlumatlar əsasında hazırlandığı və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilərək təqdim edilməsi biz müharibə veteranlarının bərk qəzəbləndirərək narahat edir. Çünkü, qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərilməsi təklif edilir, ancaq nədənsə 23 ildən artıqdırki, Avropa Parlamenti keçirtdiyi iclaslarında, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi (822, 853, 874, 884) qətnamələrin, Ermənistan dövləti tərəfindən tanınmayaraq rədd edilməsindən, Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb və Qarabağda rəsmi fəaliyyət göstərən terorçu erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qalmış insanların hüquqlarından bir kəlmə belə deyilmir.
Qarabağda yaşayan ərazilərdə bu gündə soydaşlarımız hər gün təhlükədə güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayırlar. Artıq Dağlıq Qarabağdan məcburi köçürülmüş sakinlərin yaşlı nəsilinin çoxusu öz doğma dədə-baba yurd-yuvalarından didərgin düşdükləri və yaxınlararının hələdə ermənistanda işgəncə altında əsirlikdə qaldıqları üçün bu dərdə dözə bilmədiklərindən onlar vaxtsız dünyasını dəyişmişlər.
Yaxşı olardıki, Avropa Parlamenti, Qarabağın qeyri-şərtsiz erməni işğalçılarndan təxirə salınmadan azad olunmaları barədə, BMT- Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinin icra olunmasını və işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan məcburi köçürülmüş sakinlərin döğma torpaqlarına qaytarılmalarını təmin edilməsi barəsində qətnamə hazırlayaraq, sonu gorünməyən təcəvüzə son qoyulmasına çalışsın. Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmş iri dövlətlərin imicinə də münasibət dəyişəcək.
Biz müharibə veteranarı, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli və qeyri-obyektiv antiazərbaycan qətnaməsini birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyərək, Ermənistan dövlətinin təcavüzü nəticəsində, işğal edilmiş, Azərbaycan torpaqlarının ərazi bütövlüyünü və Qarabağdan kütləvi surətdə məcburi köçürülmüş 100 minlərlə sakinlərin pozulmuş hüquqlarının təmin olunmasnı tələb edirik. Hesab edirik ki, Avropa Parlamentinin müstəqil və suveren dövlətin daxili işlərinə qarışması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.
Azərbaycan Respublikası
“Beynəlmiləlçi Əlil Döyuşçülər”
Fondunun prezidenti, Əfqanıstan və Qarabağ
müharibəsinin Veteranı Sərraf Orucov 12 dekabr 2015-cü il.