“Şəhər Mədəniyyətinin Sosial Çarxlar Vasitəsilə Təbliği”


“Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi “Şəhər Mədəniyyətinin Sosial Çarxlar Vasitəsilə Təbliği” layihəsinin növbəti təlimini keçirib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində keçiriləcək təlimlər haqqında elan sentyabrın ilk həftəsində sosial şəbəkələrdə paylaşılıb. Elana əsasən müraciət edən 85 gəncdən 8 iştirakçı layihədə iştiraka  haqq qazanıb. İştiakçılar 3 ay müddətində ssenari yazılışı, kompozisiya, kameradan istifadənin təməl qaydalarını və montajı öyrənəcəklər.

            Layihənin yekununda işirakçılar tərəfindən çəkilmiş videoçarxlar arasından 3 ən yaxşı çarx seçiləcək. “Şəhər Mədəniyyətinin Sosial  Çarxlar Vasitəsilə təbliği” mövzusunda çəkilən çarxlar 3 ali təhsil müəssisəsinin tələbələri qarşısında nümayiş etdiriləcək.

Layihənin yekun məhsulu olan qısametrajlı videoçarxlar sosial şəbəkələrdə #etikol haştaqı ilə paylaşılacaq.

 

 

Nəzakət Zeynallı

 




Tarix:17/9/2015     old.udpo.az saytı Geri