Onun şərəfinə Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə təşkilatının tövsiyəsi ilə 13 noyabr Beynəlxalq gözdən əlilliyi olan insanlar günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyondan çoxunu gözdən əlilliyi olan şəxslərdir.
Azərbaycanda bu insanların sayı otuz beş mindən çoxdur. Azərbaycan Gözdən Əlillər cəmiyyəti bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatıdır.
Son illər gözdən əlilliyi olan şəxslər üçün dövlət hesabına mənzillər tikilib istifadəyə verilmiş və hazırda da bu davam etdirilir.