"Ölümə qənşər” bədii-sənədli filmi


Sumqayıt Dövlət Universitetində (SDU) "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin və "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib.

SDU – nun müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycan Respubikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyi”nin reallaşdırmış olduğu "Milli mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi” adlı layihə çərçivəsində, Venera Əskərovanın rəhbərliyi ilə "İZ Production” studiyası tərəfindən ərsəyə gətirilmiş olan "Ölümə qənşər” bədii-sənədli filmi nümayiş olunub.

Həmçinin tədbirdə, əlilliyi olan Azər Babayevin zərgərlik əl işləri sərgilənib.

 

Davud Rəhimli

 




Tarix:21/12/2015     old.udpo.az saytı Geri