“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP)


 

2015-ci il dekabrın 15-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi üzrə monitorinq keçirildi. Monitorinqdə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Garbaliauskaite və Azərbaycanda Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov iştirak edirdilər. Həmçinin, layihənin yerli partnyorlarından Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Əlil Təşkilatlar İttifaqı, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (ETTM) nümayəndələri və Xəzər Universitetinin layihə üzrə işçi qrupu iştirak edirdilər. Əlil Təşkilatları İttifaqını təşkilatın prezidenti Davud Rəhimli və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin sədri Firuzə Babayeva təmsil etmişdir.

Görüşdə layihənin meneceri Rima Məmmədova layihə çərçivəsində görülmüş, hazırda üzərində işlənilən və gələcəkdə nəzərdə tutulmuş fəaliyyətlər haqqında geniş təqdimat etdi. Xanım Karolina Garbaliauskaite layihənin gedişatı haqqında öz müsbət fikirlərini bildirdi və layihə ilə bağlı suallar verdi. Görüşün sonunda yerli partnyorlarda layihənin gedişatı və qarşılaşdıqları çətinliklər haqqında danışdılar.

Bu ESFİDİP layihəsi üzrə həyata keçirilən sayca ikinci monitorinq idi. 

 

Davud Rəhimli

 

 




Tarix:23/12/2015     old.udpo.az saytı Geri