Ictimai şura dəyirmi masa keçirdi.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.  İctimai Şuranın fəaliyyət planına uygun olaraq keçirilən  dəyirmi masada Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Təminat Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti,  eləcə də Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbər heyəti iştirak etmişdir.

Dəyirmi masada ölkə Prezidenti cənab İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürdüyü müddəalardan irəli gələn vəzifələrin yerinə yetirilməsi,  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində ictimai iştirakçılığın daha effektiv təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

İclası giriş sözü ilə açan İctimai şuranın sədri Mayis Əliyev ictimai nəzarətin daha səmərəli şəkildə təmin olunması məqsədi ilə şuranın tədbirlər planına uygun olaraq geniş fəaliyyətlər həyata keçirməyə başlandığını, sosial təminat sistemində  ictimai iştirakçılığın məqsədləri, prinsip və formaları, eləcədə son 3 ay ərzində şuraya daxil olan müraciətlərin məzmunu barəsində geniş məlumat verdi. Sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin təşkilində nazirliyin struktur bölmələrinin rolu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov, Dövlət Məşğulluq Xidmətinin rəis müavinləri İbrahim Heydərov və Şahbaz Xələfov və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəis müavini Məmməd Xasıyev çıxış etdilər.

Dəyirmi masada mövzu ərtafında müzakirələrdə şuranın sədr müavini Əlil Təşkilatlatları İttifaqının prezidenti Davud Rəhimli, “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyin sədri Nazir Quliyev, Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti  Rauf  Zeyni, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri  Məmməd-Vəliyev Mirzə, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri  Cavad Qasımov, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti  Məhluqa Rəhimova, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Ağamalıyev Rövşən, “Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin İcraçı-direktoru Tələt Qasımov  və başqaları çıxış edərək əmək, məşğulluq,  sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi barədə öz təklif və tövsiyyələrini irəli sürdülər.

İclasın sonunda şuraya daxil olan müraciətlər müvafiq  stuktur bölmələrinin rəhbərləri ilə geniş şəkildə müzakirə edildi və onların təmini istiqamətində müvafiq addımların atılması qərara alındı.   

 






Tarix:5/3/2016     old.udpo.az saytı Geri