“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi zəifeşidən və nitqi problemli uşaqlarla reabilitasiya işini davam etdirir.


“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİ) zəifeşidən və nitqi problemli uşaqlarla reabilitasiya
işini davam etdirir.
 
ƏCİ-dən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişi ilə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Abşeron rayonunda yaradılmış müvafiq Mərkəzdə zəifeşidən və nitqi problemli sağlamlıq imkanları məhdud uşaqlara müxtəlif reabilitasiya xidmətləri göstərilir.

Mərkəzə cəlb edilən uşaqlarla reabilitasiya işi onların ehtiyaclarına uyğun olaraq - sosial iş, sosiallaşma və ünsiyyət, loqopedik xidmət, sosial-psixoloji dəstək, koqnitiv bacarıqlar və təhsil, sosial - hüquqi xidmət sahələrini əhatə edir. Bunun üçün isə ilk növbədə mütəxəssislər tərəfindən onların bacarıqları müəyyən olunmuş qaydada qiymətləndirilir, uşaq inkişaf planları hazırlanır və həyata keçirilir.

Təşkilatımız Abşeron Rayon İcra Haimiyyəti, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Təhsil Şöbəsi, Uşaq Poliklinikası və Xırdalan şəhərində fəaliyyət göstərən “Azimut” Tədris Mərkəzi,  “Mənim Dünyam” MMC və digər qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

 
 
 
 
 
Davud Rəhimli
 




Tarix:14/3/2016     old.udpo.az saytı Geri