“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi


  PRESS - RELİZ 01

                                                            

       Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr”  İctimai Birliyi, “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq” - Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizin beynəlxalq mediada təqdimatı” layi­hə­sinin icrasına başladı. 

     Layihənin drektoru, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova  həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas mahiyyəti, Azərbaycan və İraq xalqlarının mədəniyyətini bir birinə tanıtmaq, tarixi həqiqətləri beynəlxalq media və ictimaiyyətinə çatdırmaq, milli dəyərləri qoruyub təbliğ etməklə xalqlararası əlaqələri gücləndirməkdir.      

     Layihə çərçivəsində, Azərbaycanda İraq-Azərbaycan xalqlarının tarixi həqiqət və mədəni dəyərlər sərgisini təkil edərək,  İraq-Azərbaycan xalqlarınının milli folklor, tarix, mədəniyyət, incəsənət nümunələrini, milli geyim, milli musiqi və mətbəxini nümayiş edərək, İraqdan jurnalistlər və mədəniyyət xadimlərini ölkəmizə dəvət edərək, onların ölkəmizin maddi-mədəniyyət abidələrinə ekskursiyasını təşkil edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərini və tarixi həqiqətlərimiz beynəlxalq media ictimaiyyətinə çatdırılacaqdır.

    Layihə müddətində  Qarabağ və ərazilərimizin işğalı ilə bağlı tarixi həqiqətlər və milli mənəvi dəyərləri əks etdirən mədəniyyət nümunələri hər iki xalqın, cəmiyyətlərinə, beynəlxalq media və ictimaiyyətinə davamlı təqdim olunacaq, xarici və İraq KİV-də bununla bağlı məqalə və materiallar yerləşdiriləcəkdir.

 

 

“Azərbaycan-İraq Mədəni Əlaqələr”

  İctimai Birliyinin mətbuat xidməti    

 

Davud R'himli






Tarix:17/5/2016     old.udpo.az saytı Geri