“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsinə start verdi.
Layihənin 3 ay ərzində Bakı şəhəri Binəqədi rayonunda yerləşən 5 məktəbdə - 83, 283, 126, 244 və 276 nömrəli məktəblərdə icra olunması planlaşdırılır. Layihə məktəblilərdə, xüsusən aztəminatlı ailələrdən olan şagirdlərdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədi daşıyır. Layihə çərçivəsində rəsm, şahmat və voleybol üzrə xüsusi istedadı olan şagirdlərlə iş mexanizmi qurulacaq, beləliklə, şagirdlər öz maraq və meyllərini vaxtında aşkar edə və asudə vaxtlarını düzgün qura biləcəklər.

Davud Rəhimli