Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsi davam edir.


Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsi davam edir.

2 ay boyunca davam edəcək təlim kursları başladı.
“Ülfət”Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrası üzrə peşə kurslarının icrasına başladı.. 16 nəfər əlilliyi olan gənclər  kompüter kurslarına cəlb olundu.Sonra layihənin  rəhbəri Səbinə xanım Kərimova təlimlərin gedişatı  barədə  iştirakçılara məlumat verdi.Kurslar həftədə 4 dəfə olmaqla davam edəcək. Təlim kurslarında əsasən office proqramları iştirakçılara öyrədiləcək.Birinci mərhələ iki ay davam edəcək və sonda 16 nəfər sertifikatla təmin olunacaq. Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. Təlim kurslarının birinci mərhələsi iyun ayında başlayıb avqust ayına qədər davam edəcək.

Təlimçi Lamiə Bəşirovadır.


 




Tarix:15/6/2016     old.udpo.az saytı Geri