Əlil Təşkilatları İttifaqının (ƏTİ) ofisində Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin administrasiyasının rəhbəri Xanım Kirsten Stelttser və Almaniya Federativ Respublikasının Rusiyadakı səfirliyinin Şərqi Avropa və MDB ölkələri üzrə nümayəndəsi, doktor Lutz-Michael Meyer ilə görüş keçirilmişdir. Görüşdə əlillik məsələləri, bu sahədə görülmüş işlər, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanından irəli gələn vəzifələr və onların yerinə yetirilməsi vəziyyəti, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Davud Rəhimli