PRESS-RELIZ
Bakı şəhəri 10.05.2017
"Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bölgələrdə əlilliyi olan şəxslər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” adlı layihəsinin icrasına başlamışdır.
Layihə bölgələrdə əlilliyi olan şəxslərin, Qarabağ müharibəsi əlillərinin və veteranların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında iştirakına dəstək veriləcək. Bu kateqoriyalı insanları sahibkarlığın inkişafına dəstək verməklə kənd təssərüfatı sahəsində yerli istehsalın rəqabət qabiliyyətlərinin artırılmasına cəlb ediləcək. Kənd təsərrüfatı sahəsində sahibkarlığa marağı olan əlilliyi olanları araşdırıb üzə çıxarmaq, onların ictimai aktivliyini yüksəltmək, təcrübə, bilik və bacarıqlarının artırılmasına nail olunacaq. Onları seminarlara cəlb edərək, qismən də olsa məşqulluq problemlərinin həllinə dəstək veriləcəkdir.
Layihə Bakı şəhəri ilə yanaşı Bərdə və Beyləqan rayonlarında icra olunacaq..
Layihə rəhbəri Xədicə Mikayılova