PRESS-RELIZ
Layihə çərçivəsində təlimlərin icrasına başlanıldı.
Abşeron rayonu 30.05.2017
"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, qabiliyyətinin inkişafı və sərgilərinin keçirilməsi” adlı layihəsinin uğurla davam etdirir.
Layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtının səmərəliliyinin artırılması, onların yaradıcılıq potensialına dəstək, qabiliyyətlərinin inkişafı, rəsm, dekorativ sənət sərgilərinin təşkil edilməsidir. Eşitmə və nitq məhdudiyyətli şəxslərin əl işləri bacarığı, gələcəkdə onların peşəsinə çevirmək və beləliklə onların özlərini maliyyə baxımından təmin edilməsinə dəstək olacaqdır. Əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsidir.
"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi layihə çərçivəsində Xırdalan şəhərinin Mərkəzi Kitabxanasında bədii qiraət təlimlərinin icrasına başlayıb. Təlimlər həftədə iki dəfə olmaqla bir ay müddətində davam etdiriləcək. Qiraət təlimlərində müxtəlif əlilliyi olan şəxslər iştirak edərək, şer və qiraətə olan həvəslərini artırmaqla yanaşı, həm də onları layihə çərçivəsində keçiriləcək tədbirə şer demək üçün hazırlıqları olacaq.
Layihə rəhbəri, Cəmilə Abdulova
Təlimçi, Maral Vəliyeva

