Əlillik məsələləri müzakirə olunmuşdur


13 iyun 2017-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov bir qrup əlilliyi olan şəxsləri, əsasən əlil arabası istifadəçilərini, qəbul etmişdir. Qəbul zamanı əlilliyi olan şəxslər rastlaşılan ümumi çətinliklər və problemlər barədə məlumat vermiş, təkliflərini bildirmişlər. Təkliflər əsasən sosial müavinatların artırılması, kommunal xərclərdən azad olunması, mənzil təminatı, müasir reabilitasiya avadanlıqları ilə təminat, regionlarda olan bərpa mərkəzlərinin fəaliyyətinin yüksəldilməsi, istirahət mərkəzlərinin uyğunlaşdırılması sahələrini əhatə etmişdir. Görüş zamanı onlara müvafiq məlumatlar verilmişdir.

      Bununla əlaqədar olaraq   23 iyun 2017-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvilərinin  həmin əlilliyi olan şəxslərlə görüşü keçirilmişdir. Görüş Əlil Təşkilatları İttifaqının (ƏTİ) ofisində keçirilmişdir. Tədbirin iştirakçıları fikirlərini söyləmiş, müzakirələr aparmışlar.  Təkliflər bir daha müzaklirə olunaraq və dəqiqləşdirilmişdir.

       Qeyd olunmuşdur ki, belə toplantılar mütəmadi olaraq keçiriləcəkdir. Aktual, həlli vacib və hazırda mümkün olan problemlərin aradan qaldırılması üçün müvafiq təşkilatlarla əməkdalıq olunacaqdır.  Eyni zamanda qərara alınmışdır ki, gələcəkdə bu görüşlərin, eləcə də İctimai Şuranın iclaslarında iştirakçıların əhatə dairəsi daha da genişləndirilsin.

 

 




Tarix:23/6/2017     old.udpo.az saytı Geri