PRESS-RELIZ
Layihə Çərçivəsində Təlimlərin İcrası uğurla davam etdirilir.
Abşeron rayonu 03.07.2017
"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, qabiliyyətinin inkişafı və sərgilərinin keçirilməsi” adlı layihəsinin uğurla davam etdirir.
Layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtının səmərəliliyinin artırılması, onların yaradıcılıq potensialına dəstək, qabiliyyətlərinin inkişafı, rəsm, dekorativ sənət sərgilərinin təşkil edilməsidir. Eşitmə və nitq məhdudiyyətli şəxslərin əl işləri bacarığı, gələcəkdə onların peşəsinə çevirmək və beləliklə onların özlərini maliyyə baxımından təmin edilməsinə dəstək olmaqdır. Əlillərin sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsidir.
"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi layihə çərçivəsində Xırdalan şəhəri Mədəniyyət Mərkəzində rəssamlıq, tətbiqi sənət və bədii qiraət təlimlərini uğurla davam etdirir. Layihə müddətində İctimai Birlik bir qurup xüsusi qayğıya ehtiyacı olan eştmə məhdudiyyətli əlil şəxslərin asudə vaxtının səmərəli keçirilməsi üçün Quba rayonuna ekskursiya təşkil etdi. Ekskursiya zamanı gənclərə Quba rayonunun tarixi barədə məlumatlar verildi və əyləncəli oyunlarla davam etdirildi.
Layihə rəhbəri Cəmilə Abdulova

