Yoxsulluğun azaldılması məqsədilə təlimlər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Yoxsulluğun azaldılması məqsədilə aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan qadın və qızlar üçün peşə təlimlərinin keçirilməsi və onların sahibkarlıq bacarıqlarına yiyələnməsi” layihəsinin icrası davam edir. Layihənin əsas məqsədi aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan 25 nəfər qadın və qız üçün dərzilik, toxuculuq və əl işlərinin hazırlanması üzrə peşə təlimlərinin keçirilməsi, sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə sahibkarlıqla məşğul ola bilmələri üçün imkanların yaradılmasıdır.

   3 ay ərzində benefisiarlara müxtəlif geyim növlərinin hazırlanması, toxuma, hazır tablolar üzərində naxış tikmə kimi bacarıqlar aşılanacaq. Həmçinin  layihə iştirakçılarının gələcəkdə sahibkarlıqla məşğul olmaları üçün onlara ekspert tərəfindən “Peşə bacarıqlarından ailə biznesinə keçid: mövcud imkanlardan effektiv istifadə” mövzusunda təlimlər keçirilir.

   Sahibkarlıq mövzusunda keçirilən təlimlər Binəqədi Rayon Gənclər Evində baş tutub. Ekspert Rəşad Həsənov tərəfindən aparılan təlimlərdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin yeni təyin olunmuş rəisi Elvin Aslanov görüşdə iştirak edərək layihə iştirakçılarına uğurlar arzulayıb və gənclərin də iştirak etdiyi QHT layihələrinin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də Gənclər Evi tərəfindən belə layihələrə dəstək veriləcəyini bildirib. 

 

Davud RƏHİMLİ

 




Tarix:7/7/2017     old.udpo.az saytı Geri