Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu


Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun 10-11 iyul tarixində Brüsseldə görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarusiya, Moldova və Ermənistandan olan Milli Platforma üzvləri, Aİ və ECOSOC ekspertləri, katibliyin nümayəndələri iştirak etmişlər. Görüş zamanı Milli platformaların və alt qrupların hesabatları və ekspertlərin təqdimatları dinlənilmiş, gələcək prioritetlər müəyyənləşmiş, İşçi qrupun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunmuş, idarə heyətinə müraciət qəbul olunmuşdur. 
Qeyd edək ki, təklifimiz və təkidimizlə əlilliyi olan şəxslər üçün kiçik və orta sahibkarlıq sahələrində inkluzivliyin yaradılması növbəti prioritetlər siyahısına salınmışdır. 
(Forumun 28-29 noyabr 2016-cı il tarixdə Brüsseldə keçirilmiş 8-ci forumunda təklifimiz və təkidimizlə 5-ci İşçi qrupda əlilliyi olan şəxslərə aid altqrup yaradılmışdır.) 
Görüşdə Azərbaycanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının 5-ci işçi qrupunun üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının (VƏHML) sədri Sahib Məmmədov, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin İcraçı direktoru Firuze Babayeva təmsil etmişlər. 
 

 






Tarix:12/7/2017     old.udpo.az saytı Geri