Əlilliyi olan şəxslərin Sumqayıt turu


Əlilliyi Olan Şəxslərin Sumqayıt turu..

Sumqayıt şəhəri                                                                                         22.09.2017-ci il

"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin icrasını davam etdirir. Sentyabrın 22-də  layihə çərçivəsində Sumqayıt turu təşkil etdi.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin  məqsədindən danışdı. Layihənin məqsədi  fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Şəki,İsmayıllı,Sumqayıt turundan sonra qarşıda olan oktyabr ayının ilk həftəsində planlaşdırılan Quba turu barədə də iştirakçılara məlumat verdi.

O, cümlədən əlilliyi olan şəxslərə psixaloji dəstək olaraq, asudə vaxtının səmərəliliyinin artırılması üçün milli-mədəni abidələrə ekskursiyalarını təşkil etmək, onların sosial aktiv  vətəndaş kontingentinə adaptasiya olunmasına, onların sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsini təmin etməyi nəzərdə tutur.

Sonda Sumqayıt şəhər Bulvarına maşınlarla yürüş təşkil edildi.

Layihə rəhbəri  Səbinə Kərimova

 




Tarix:22/9/2017     old.udpo.az saytı Geri