BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar


BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

13-18 noyabr 2017 ci il tarixdə Tacikstanın paytaxtı Düşənbə şəhərində “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar və Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) növbəti X qurultayı keçirilmişdir. Tədbirdə Azərbaycanı Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) idarə heyətinin üzvü, Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev təmsil etmiş, Konvensiyanın ratifikasiya olunması, icra olunması, hesabatların hazırlanması və təqdim edilməsi haqqında məlumat vermişlər. Yerli televiziyalara müsahibə verilmiş, suallar cavablandırılmışdır. Bundan sonra Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) növbəti X qurultayı keçirilmiş, hesabatlar təqdim olunmuş, təşkilatı məsələlərə baxılmışdır.  Təqdirəlayiqdir ki,  Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) vitse-prezidenti seçilmiş, növbəti tədbirin Azərbaycanda keçirilməsinə qərar verilmişdir.   

    Qeyd olunan tədbir BMT-nin İctisadi və Sosial Şurası (ECOSOC), OSCE-nin dəstəyi ilə həyata keçirilmişdir.

    Çox sevindirici və qururverici haldır ki, bu müddətdə Azərbaycan Respublikasının Tacikstandakı səfiri hörmətli cənab Abbasəli Həsənov Azərbaycandan olan nümayəndələr ilə daim əlaqə saxlamış, onlarla görüşmüş, müzakirələr olunmuşdur. Buna görə cənab səfirə minnətdalığımızı bildiririk.

 

Davud RƏHİMLİ

 

 

 




Tarix:20/11/2017     old.udpo.az saytı Geri