İcma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili


    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihəsi 2018-cı il 20 apreldən 20 avqust tarixədək Abşeron rayonnda həyata keçiriləcək. Layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, Abşeron rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin icma əsaslı reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir. Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edəcək:

1. Sosial iş

2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya)

3. Sosial-psixoloji dəstək

4. Sosiallaşma və ünsiyyət

5. Koqnitiv bacarıqlar və təhsil

6. Nitq problemləri

7. Hərəkət problemləri (fiziki inkişaf).

    Mərkəzin fəaliyyətindən yararlanmaq istəyən Abşeron rayon sakinləri İstedadlə Əlillər İctimai Birliyi ilə əlaqə saxlaya bilər.

    Əlaqə vasitələri: Tel. 050-999-30-79 E-poçt. istedadlieliller_ib@yahoo.com

 İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti

 
 




Tarix:25/4/2018     old.udpo.az saytı Geri