"Diabetə birlikdə qalib gələk!" şüarı altında Azərbaycan Diabet Liqasının keçirdiyi tədbirə hamını dəvət edirik. Məqsəd: Diabet xəstəliyinin qarşısının alınması üçün həyat tərzinin dəyişilməsi vacibdir.
Vaxt: 23.06.2018-ci il, saat 08:30
Yer: Bakı, Yasamal rayonu, Alim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində olan istirahət parkı (Lider TV-nin yanı).
Proqram:
08:30-09:00 - Yürüşə hazırlıq. Qeydiyyat. Qlikemiyanın yoxlanması.
09:00 - Yürüşə start
11:00 - Yürüş finişi
11:00-12:00 - Xatirə şəkilləri, KİV-lərinə müsahibə.
12:00 - Viktorina, Konsert.
13:00 - Tədbirin sonu.
Bu tədbirdə iştirak etmək istəyən hər kəsdən xahiş edirik ki, idman geyimində və idman ayaqqabısında olsun. Üst köynəyin ağ rəngdə olması tövsiyyə edilir.
Layihənin koordinatoru - həkim endokrinoloq Gülnar Qafarova.

