BMT ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir.


BMT ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir.

Birləşmiş Millətlər Təşkilatı ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir. 27 iyun 2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Cənab Qulam İsakzai, BMT-nin Əhali Fondunun Proqram Məsələləri üzrə müşaviri xanım Vəcihə Əliyeva, BMT-nin Əlaqələndirici Məsələləri üzrə müşaviri xanım Şəms Mustafayeva  Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) ofisində İttifaqın üzvləri ilə  görüşü  olmuşdur.

Görüşdə BMT və onun bölmələri, onların məqsəd, vəzifə və fəaliyyətləri barədə bir daha məlumat verilmişdir. Əlilliyi olan şəxslərin təşkilatlarının rəhbərləri ümumi QHT sektorunu, o cümlədən əlilliyi olan şəxsləri və onların ictimai birliklərini  maraqlandıran məsələləri, qanunvericilik və icra sahəsində görülən işlər və problemlər barədə təqdimatlar etdilər. Eyni zamanda rəy və təkliflərin bildirilməsi ilə qarşıda duran problemlərin həlli yolları qeyd olundu. Qarşılıqlı əməkdaşlıq üçün prioritetlər müzakirə olundu və əməkdaşlığın davam etdirilməsi vacib hesab edildi.

Davud Rəhimli

 

  
 

 






Tarix:27/6/2018     old.udpo.az saytı Geri