Əlilliyi olan gənclər üçün peşə kursu başa çatdı


PRESS-RELİZ

 

“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Preizdenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi Olan Gənclərin Peşə Kurslarına cəlb edilməsinin təşkili və onların məşqulluğunun təmini” layihəsinin icrası  başa  çatdı.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri və layihə rəhbəri Azər Rəşidov iştirakçıları salamlayaraq layihənin bitməsi ilə bağlı sertifikatlandırma mərasimində yaxından iştirak edən fəal gəncləri təbrik etdi. Məhz bu  layihənin məqsədi əlilliyi olan gəncləri peşə kurslarına cəlb edərək onların gəlcəkdə bir mühasib kimi yetişməsinə təkan vermək olduğunu qeyd etdi. Sonra layihə rəhbəri maliyyə uçotu kursuna yiyələnən  30 nəfər əlil gəncin məşqulluğu ilə bağlı müraciət olunacağını vurğuladı. May ayının əvvələrindən start götürən kurs 4 ay müddətində uğurla  davam etdiyini və dərs proqramı 2 təlimçi tərəfindən həftədə 2 dəfə olmaqla təşkil olunduğunu nəzərə çatdırıdı.

Sonra  təlimçisi Səbinə Kərimova əlilliyi olan gənclərə uğurlar arzuladı və qeyd etdiki, layihə bitdikdən sonra da bu peşəni dərindən öyrənmək istəyən gənclər üçün kurs davam edəcək . Davamlı olaraq dərslər keçiləcək. Bu gün 4 ay boyunca davamiyyət göstərən tələbələrə   sertifikatlar təqdim olunacaq.

Təlimçi İlqar Orucov və Rahib Xeyriyyə İctimai Birliyinin sədri Rahib Adıgözəlov da gəncləri kursu müvəffəqiyyətlə başa vurduğları üçün təbrik etdilər və  gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Qeyd edək ki, layihə çərçivəsində əməkdaşlıq edən təşkilat  Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyidir.

 
 




Tarix:29/8/2018     old.udpo.az saytı Geri