Press Reliz 08/M
Bakı şəhəri 27 noyabr 2018-ci il
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
“Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqının prezidenti (ƏTİ)), Mehdi Mehdiyev ("Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri ), Şəhla Yusifova (Jurnalist Qadınlar Assosiasiyasının vitse prezidenti), Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri), Mirhəsən Həsənov (Çernobl Əlillər İttifaqı) və Zaur Quliyev (Beyləqan Gənclərinin Maarifləndirilməsi ictimai birliyinin sədri) tərəfindən 27 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.
“Vətəndaşları qəbul otağı”ında monitorinq prosesində vətəndaşların xidmətdən istifadə qaydaları, məmnunluq səviyyəsi, müraciətlərin intensivliyi və coğrafiyası, qəbul zamanı yaradılan texniki nəzarət şəraiti kimi hallar araşdırılmışdır. Müraciətlər əsasən mənzil təminatı, əlilliyin alınması, məşğulluq, sığorta pullarının alınması istiqamətləri üzrə olmuşdur. Bəzi müraciət edən vətəndaşlara İctimai şura üzvləri tərəfindən konsultativ məsləhətlər verilmişdir. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün yekun hesabatda Nazirliyə təkliflər veriləcəkdir.
İkinci yer isə Nazirlik nəzdində olan “142 Çağri Mərkəzi” olmuşdur. Mərkəzdə 20 nəfər operator gün ərzində 650-700 (ay ərzində 12 500) müraciətə cavab verirlər. Müraciət edən vətəndaşlar avtomatik qeydiyyata alınır və monitorda qeyd olunur. İşçilərin məmnunluq səviyyəsi müsbətdir. Çağrı Mərkəzi texniki, insan və material resurslarla təmin olunmuşdur. Qeyd edək ki, vətəndaşlar tərəfindən şikayətlərdə əsasən zəng etmə prosedurunun çətin olması göstərilir. Bu, operatorların sayının az olması ilə əlaqəndirilir.
Məlumat verildi ki, bu xidmət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinə veriləcəkdir.
Şura üzvləri tərəfindən müraciətlərin ərazi, yaş, forma və səbəblər kimi kvalifikasiyalaşdırılması təkliflər verildi.
Əlavə qeyd:
(Yəqin DAM və ya digər əlaqədar qurumlar bunu nəzərə alarlar)



