Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhalinin sosial müdafiəsiningücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı müxtəlif əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müavinətlərini 2 dəfədən çox artırmışdır. Bu sərəncam əlilliyi olan şəxslərimizin həyat şəraitinin keyfiyyətli və hiss ediləcək səviyyədə yüksəlməsinə müsbət təsir edəcəkdir.
Prezidentin sosial sahəyə xüsusi diqqətinə, əlilliyi olan şəxslərin maddi və mənəvi vəziyyətlərinin yaxşılaşdırılması əlilliyi olan şəxslər və onların birləşdikləri təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, vətəndaş məmnunluğu bildirilir. Bunu nəzərə alaraq Əlil Təşkilatları İttifaqına (ƏTİ) üzv olan təşkilatlar tərəfindən ölkə Prezidentinə təşəkkür məktubu göndərilmiş və bu Prezidentin rəsmi saytına yerləşdirilmişdir.
Möhtərəm cənab prezident.
Biz, sosial sahədə çalışan qeyri-hökumət təşkilatları böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyirik ki, əsası xalqımızın ümummilli lideri Heydər ƏIiyev tərəfindən qoyulmuş və bu gün Sizin tərəfinizdən uğurla davam və inkişaf etdirilən sosial siyasətin, inamla həyata keçirilən genişmiqyaslı islahatların məntiqi nəticəsi kimi, əlilliyi olan şəxslərin hüquqlarının təminatı, sosial və maddi vəziyyətlərinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzində saxladığı məsələlərdən birini təşkil edir.
Cənab Prezident, sevindirici haldır ki, apardığınız siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların, xüsusilə əlilliyi olan şəxslərin sosial rifah halının yaxşılaşdırılması sahəsində davamlı həyata keçirilən və rəğbətlə qarşılanan ardıcıl tədbirlərdir.
Son vaxtlar əhalinin rifahının yüksəldilməsinə yönəlmiş fərman və sərəncamlarınız insanlarda həyata, Sizə və hökumətə inamı daha da artırdı.
Sosial müavinət alan və əlilliyi olan şəxslərin sosial vəziyyəti hamımızı narahat edirdi. Əlilliyi olan şəxslərin, xüsusilə sosial müavinət alan ailələrin müavinətləri Sizin diqqətiniz sayəsində iki dəfədən çox artırıldı.
Hörmətli cənab prezident, əlilliyi olan insanlara daim diqqət və qayğı göstərdiyinizə görə bu kateqoriyadan olan vətəndaşlarımızın və onların təmsil olunduqları ictimai birliklər adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Əlilliyi olan vətəndaşlarımızın və onları təmsil edən ictimai birliklərin adından Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müstəqilliyinin qorunması, inkişafı, yeni zirvələrin fəth olunması istiqamətində fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq. Biz hər zaman Prezidentimizin yanındayıq və onu dəstəkləyirik.
Dərin hörmət və ehtiramla
Rəhimli Davud, Əlil Təşkilatları İttifaqının sədri
Abdullayev Səmyar, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri
Babayeva Firuzə, Əlillərin Beynəlxalq Əməkdaşlığı Cəmiyyəti İctimai Birliyinin sədri
Hüseynova Gülnarə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İctimai Birliyinin sədri
Rəhimova Məhluqə, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri
Sultanova Yeganə, Azərbaycan Diabet Liqası İctimai Birliyinin sədri
Riza-zadə İradə, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri
Məmmədova Şükufə, “ÜMMAN” Əlil Uşaqlara Qayğı İctimai Birliyinin sədri
Əliyev Mayis, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri
Mikayılova Xədicə, Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri
Qasımov Cavad, İstedadlı Əlillər İctimai Biliyinin sədri
Məmmədli Çiçək, “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri
Hacıyeva Zeynəb, “Çıraq” Sumqayıt Uşaq İnkişaf Mərkəzi İctimai Birliyinin sədri
Abdulova Cəmilə, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri
Səmədova Rəsmiyyə, Murad Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri
Hüseynova Məhruzə, Sağlam Uşaq Dünyası İctimai Birliyinin sədri
Hüseynova Ayaz, Pasient Təşkilatlar İttifaqının sədri
Mahmudova Ramilə, İnklüziv Cəmiyyət Naminə İctimai Birliyinin sədri
Vəliyev Mirzə Məhəmməd, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri
Tengiz x., “İnayət” Əlillərə Yardım İctimai Birliyinin sədri
Quliyev Dadaş, Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri
Rzayev Fuad, Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri
Həsənov Tariyel, Səhhət Fondu İctimai Birliyinin sədri
Səlimova Gülnarə, “GULSAM” Əlillərin Reabilitasiya Mərkəzi İctimai Birliyinin sədri
Hümbətov Yaşar, Əlillərə Dəstək İctimai Birliyinin sədri
Əzimzadə Sultan, 20 Yanvar Cəmiyyəti İctimai Birliyinin sədri
Bağırova Mehriban, Leykomiya ilə Mübarizə İctimai Birliyinin sədri
Şövkət Təranə, Yasamal Əlillər Təşkilatı İctimai Birliyinin sədri
Nəcəfov Namiq, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai birliyinin sədri
Səlimova Şəlalə, “Sən tək deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyinin sədri
Turbet Abdullayeva, Karlar Cəmiyyəti İctimai Birliyinin sədri
Kamran Abasov, Karlara Dəstək İctimai Birliyinin sədri
Hacısoy Famil, “Əlil Ziyalılar” İctimai Birliyinin sədri
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi.
Azərbaycan Respublikası, Bakı şəhəri.