“Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir


“Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Almaniyanın Paytaxtı Berlin şəhərində, Bundestaqda  “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  Konfransda Beynəlxalq Əlil Təşkilatları Birliyinin üzvləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri, Almaniya Bundestaqının üzvləri iştirak etmişlər. Konfransda Azərbaycanı Beynəlxalq əlil təşkilatları birliyinin idarə heyətinin üzvü Azərbaycan Əlil Təşkilatları İttifaqınin (ƏTİ) üzv  təşkilatlarından 4 nəfərdən ibarət nümayəndə heyəti, Davud RƏHİMLİ, R. Mahmudova, Z. Vəliyeva, T. Yolçuyev təmsil ediblər. Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti , Beynəlxalq  Əlil Təşkilatları İttifaqının vitce-prezidenti və idarə heyətinin üzvü Davud RƏHİMLİ təqdimatla çıxış etmiş, konfransın idarə olunmasında iştirak etmişdir. Konfrans iştirakçılarına hər ölkəni təmsil edən təşkilatlar və hər bir ölkədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının  30 maddəsinin yerinə yetirilmə vəziyyəti  barədə çap materialları paylanmışdır.  Azərbaycan ərazilərinin 20% -nin Ermənistan tərəfindən işğal olunması  paylanan çap materiallarında dərc olunmuşdur.

Konfrans Almaniya Əlil Təşkilatları Birliyinin təşkilatçılığı, Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə  29 – 31 mart tarixlərini də keçirilmişdir. Qeyd edək ki, növbəti konfransın Bakıda keçiriləsi qərarlaşdırılmışdır.

 

   
  






Tarix:1/4/2019     old.udpo.az saytı Geri