https://cabmin.gov.az/az/document/3981/
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 380
Bakı şəhəri, 3 sentyabr 2019-cu il
“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edilməsi barədə
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213..nömrəli..Fərmanının 1.1.15-ci yarımbəndinin. Icrasını təmin etmək. məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1.“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov