Müyəssərlik barədə məlumatlandırma


Press – Reliz /HC

Lənkəran şəhəri. 25 may 2020-ci il

       Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan və digər hərəkət məhdudiyyəti olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsini həyata keçirir.

     Layihənin məqsədi Lənkəran şəhərində əlilliyi olan şəxslər üçün gender məsələlərini nəzərə almaqla müyəssər mühitin yaradılması üzrə ictimai maarifləndirmənin aparılması və müyəssərlik modelinin qurulması ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.

    Layihənin maarifləndirmə fəaliyyəti istiqamətlərinə uyğun olaraq Lənkəran şəhərinin müxtəlif yerlərində 2 ədəd maarifləndirici reklam lövhələri (bilboardlar) yerləşdirilmiş və geniş icitmaiyyətə təqdim olunmaq üçün animasiya filmi hazırlanmışdır. Beynəlxalq və milli qanunvericiliyin müqayisəli analizi aparılmış və nəşr olunmuşdur.

Məqsəd əlillik, xüsusilə də müyəssərlik barədə geniş auditoriyanı məlumatlandırmaqdır.

Əlilliyi olan şəxslər və digər hərəkət məhdudiyyəti olan şəxslər üçün müyəssər mühitin yaradılması haqqında animasiya filmi:

https://www.youtube.com/watch?v=QtdAGTMZ6YU&feature=youtu.be

 

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Mətbuat Xidməti

 

 

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Mətbuat Xidməti

 






Tarix:25/5/2020     old.udpo.az saytı Geri