Lənkəran Regional Mədəniyyət Mərkəzi timsalında müyəssərlik modulu
(Bu binada 3 təşkilat yerləşir: Lənkəran Mədəniyyət Mərkəzi, Lənkəran Regional Mədəniyyət Mərkəzi, Lənkəran Turizm İnformasiya Mərkəzi)
Müyəssər ətraf mühitin yaradılması əlilliyi olan şəxslərin müstəqilliyinin təmin olunmasının əsas şərtlərindən biridir. Buna nail olmaq üçün bütün kateqoriyalardan olan əlilliyi olan şəxslərin nəzərə alınması və onların hər birinə aid qaydalara riayət olunması onların sərbəst hərəkətinin təmin olunmasına şərait yaradır. Əlillik sahəsində fəaliyyətlərdə bu məsələlərə xüsusi diqqət verilir.
Bunu əsas tutaraq, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Universal Dizayn Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birlikdə Lənkəran şəhərində ətraf mühitin əlilliyi olan şəxslər üçün əlçatanlığının yaxşılaşdırılmasına dəstək vermək üçün Lənkəran Regional Mədəniyyət Mərkəzində uyğunlaşdırma işləri aparmışdır. Uyğunlaşdırma işləri layihə çərçivəsində təlim keçmiş müyəssərlik üzrə mütəxəsisləri tərəfindən layihələndirilmişdir.
Qeyd olunan Mərkəzin ərazisində və daxilində görmə və hərəkət məhdudiyyətli insanlar üçün kompleks müyəssərlik işləri həyata keçirilmişdir. Əlilliyi olan şəxslər üçün avtomobillərin dayanacaq yeri nişanlanmış və işarə qoyulmuş, Mərkəzin ərazisinə girişdə olan qapı müyəssər edilmiş, hərəkət istiqamətində mailliyi 6% olan ramp tikilmiş, əraziyə giriş qapısından binanın əsas giriş qapısına kimi görmə əlilliyi olanlar üçün 73 m uzunluğunda taktil plitə döşənmiş, binaya əsas girişdə uzunluğu 17 m, maililiyi 6% olan döngəsi olan ramp quraşdırılmış, pilləkəndə məhəccər qoyulmuş, binanın daxilində ikinci mərtəbəyə qalxmaq üçün elektrik qaldırıcı qurğu dizayn edilmiş, hazırlanmış və quraşdırılmışdır. Binanın girişində və daxilində olan pilləkənlərdə xəbərdaredici sarı zolaqlar yapışdırılmışdır. Ərazidə, binaya girişdə və binanın daxilində müvafiq işarələr qoyulmuşdur.
Görülən işlərin nəticəsində əlilliyi olan şəxslər sərbəst bu Mərkəzin xidmətlərindən istifadə edə bilərlər. Bu kompleks işlər həm də müyəssərlik işlərinin aparılması üçün nümunə kimi istifadə oluna bilinər.






Davud