PRESS
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB "Jest dilində məlumatlandırma " layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində ölkəmizdə yaşayan informasiya azlığından əziyyət çəkən eşitmə məhdudiyyəti olan şəxsləri , ölkədə karantin dönəmində baş verən əsas xəbərlərlə və digər məlumatlandırıcı xəbərləri virtual şəkildə qismən də olsa təmin etməkdir.
Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, "Vətəndaşlarımızın rifahı və sağlamlığını düşünən ölkə başçımızın verdiyi qərarlar operativ şəkildə həyata keçirilir. Bu günlərdə COVİD-19 virusundan qorunmaq məqsədilə ölkəmizdə, Operativ Qərargahdan verilən məlumata görə 14 iyun saat 00.00 dan, 16 iyun saat 06.00 qədər vətəndaşlara sərtləşdirilmiş karantin rejimi tədbiq olunacaq. Bu rejimin tətbiqinə düzgün riayət etmək üçün bütün vətəndaşları birlik və həmrəyliyə çağırırıq. Bizdə eşitmə məhdudiyyəti olan şəxslərlə çalışan İctimai Birlik olaraq, həmçinin ölkəmizdə yaşayan eşitmə məhdudiyyəti olan şəxsləri bu video roliklər ilə qismən də məlumatlar ötürülür .