Bu gün "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur. HƏMKARLARIMIZI TƏBRİK EDİR, YENİ UĞURLAR ARZULAYIRIQ!
Bu gün "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur. İctimai Birlik 28 iyun 2019 - cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və bu qısa müddət ərzində geniş fəaliyyəti olmuşdur. İctimai Birliyin şüari "Hər şey sizin öz əlinizdədir. Sədəcə Jest edin", əsas məqsədi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin inkluzivliyinə dəstək olmaqdır. Təşkilatın sədri Aidə Səfərovanın məlumatına görə birlik bu müddət ərzində 6 sosial çarx hazırlayaraq təqdim etmişdir. Bu sosial çarxlar eşitmə və danışma imkanları məhdud olan şəxslərə dəstək xarakteri daşıyır.
İctimai Birliyin həmtəsisçisi və sədr müavini Mahmud Səfərov təşkilat adindan Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil etmişdir. Regional və beynəlxalq təşkilatlarla əlaqə yaradaraq birgə layihələrdə iştirakına nail olmuşdur. Mahmud Səfərov BƏƏ, Ukrayna, Türkiyə, Belarusiya, Rusiya, Özbəkistan və digər dövlətlərdə Azərbaycanı təmsil etmişdir. İctimai Birliyin fəaliyyət istiqamətlərindən biri də idmanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etməkdir. Bu məqsədlə Azərbaycan Milli Karate Federasiyası və Karlara Dəstək ictimai birliyi ilə üçtərəfli memorandum imzalayaraq eşitmə və danışma imkanları məhdud gənclərin idmana cəlb olunmasına, xarici dövlətlərdə keçiriləcək yarışlara hazırlanmasına nail olmuşdur.
Bundan əlavə "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin baş katibi Mahmud Səfərovun Heydər Əliyev Fondunun və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında keçirilmiş "Yenilmezler" adlı layihədə "Mahmudun Dünyası" adlı çıxışını təqdim olunmuşdur. COVİD19 Pandemiyası dövründə isə işarət dilində virusdan qorunma, gigiyena qaydalarına riayət etmə haqqinda bir neçə məlumatlandırıcı video çarx yayımlamışdır.
"Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi 21 noyabr 2019-cu ildən Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) üzvüdür.





