Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara MÜRACİƏTİ


 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının

BMT, ATƏT,  Avropa Şurası,  Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara

MÜRACİƏTİ

01 oktyabr 2020-ci il

          “27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud surətdə pozaraq Azərbaycanın işğal altında ərazilərində yerləşən mövqelərindən yeni ərazilərin işğalını məqsəd tutaraq  ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutmüşdur. Nəticədə mülki şəxslərimiz, hərbi qulluqçularımız arasında həlak olanlar və yaralananlar var. Mülki əhalinin yaşayış sahələrinə, mülkiyyətinə, təsərrüfata ciddi ziyan vurulmuşdur.

Azərbaycan Ordusu düşmənə cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir, öz ərazilərində suveren hüquqlarını bərpa edir, təmas xəttini mülki əhalinin məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görür.

Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq artıq 30 ilə yaxındır Azərbaycanın 20% ərazisini işğalı altında saxlayır. Bu işğal nəticəsində bir milyon insan öz döğma yerlərindən qaçqın və məcburi köçkün düşmüş, çoxsaylı insanlar vəhşicəsinə öldürülmüş, yaralanmış, maddi və mənəvi dəyərlər məhv edilmiş və talan olunmuşdur.

Əfsuslar olsun ki, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar beynəlxalq  hüquq normaların təmin olunmasına, işğalçı dövlətin cəzalandırılmasına nail ola bilmirlər.

        Biz Azərbaycanın əlilliyi olan şəxslərin təşkilatları olaraq beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər təşkilatını, Avropa İttifaqını, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatını, Avropa Şurasını, beynəlxalq təşkilatları təcavüzün pislənməsinə, işğalın dayandırılmasına, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün səylərin və fəaliyyətlərin artırılmasına çağırırıq.

40 təşkilatın imzası ilə təsdiq olunub.

 

 




Tarix:1/10/2020     old.udpo.az saytı Geri