Zəngilanda məscid donuz fermasına çevrilib - Video


Tarix
2020.10.22 / 11:55

https://www.youtube.com/watch?v=1SjeOC3DUGo   

Zəngilanda məscid donuz fermasına çevrilib - Video

Ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Tvitterdə qeyd edib. O, bu vandalizm aktının ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiklərini sübut etdiyini bildirib.

“Ermənilər tərəfindən donuz fermasına çevrilən Azərbaycan məscidi. Bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan rayonunda tapılan bu yer Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycan irsinə tamamilə məhəl qoymadığını göstərir. 30 il təhqir və məhv!” - deyə o, videoya şərhində yazıb.

Qeyd edək ki, Azərbaycanda erməni kilsələri bu günə qədər qorunur. Hətta ermənilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəfləyən raket hücumları zamanı bir erməni kilsəsinə zərər dəymişdi.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti






Tarix:24/10/2020     old.udpo.az saytı Geri