Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq


Yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə vahid

informasiya bazası olacaq

 

Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanacaq yeni reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasını formalaşdıracaq.

Əsas məqsəd əlilliyi olan şəxslər barədə belə bir informasiya bazasının yaradılması ilə müvafiq məlumatların uçotu və təhlillərinin aparılması, əlillik sahəsində xidmətlərin keyfiyyətinin artırılmasıdır.

Məlumat bazasında əlilliyi olan şəxslərin fərdi məlumatları, əlilliyinə, sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, sosial ödənişlə, reabilitasiya xidmətləri və vasitələri ilə təminatına, peşə-əmək qabiliyyətinin itirilməsi faizinə, məşğulluq vəziyyətinə, məşğulluq tədbirlərinə cəlb olunmasına  və s. dair bütün məlumatlar əhatə olunacaq. 

 

 

  Əlil Təşkilatları İttifaqı
 






Tarix:29/1/2021     old.udpo.az saytı Geri