Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası
26 fevral 2021-ci il tarixdə Əlil Təşkilatları İttifaqının ZOOM formatında ümumi iclası keçirilmişdir.
GÜNDƏLİK:
ƏTİ-nin prezidenti Davud Rəhimli 2020-ci ildə görülmüş fəaliyyətlər, o cümlədən yerinə yetirilmiş layihəlkər haqqında hesabat vermişdir. Bundan sonra müzakirələr olmuşdur. Müzakirələrdə ƏTİ-nin üzv təşkilatlarının rəhbərləri problemlər və cari fəaliyyətlər barədə fikir və təkliflərini bildirmişlər. Əsas problemlər əlilliyin təyin olunması, qanunvericilikdə olan çatışmazlıqlar, ictimai iştirakçılıq məsələləri olmuşdur. Müzakirələr əsasında cari və perespektiv fəaliyyətlər haqqında qərar qəbul olunmuşdur.