“DOST Guşəsi”
Heydər Əliyev Fondunun təşəbbüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ötən ilin sonunda istifadəyə verilən “DOST Guşəsi”, əlilliyi olan şəxslərin marağına səbəb olub.
Sosial Xidmətlər Agentliyinin 1 saylı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi”nin sakinləri və “Əlilliyi olan şəxslərin Peşə-Əmək reabilitasiyası Mərkəzi”nin xidmətlərindən yararlanan şəxslər Bakının Xətai rayonundakı idman-əyləncə park kompleksində olublar.
Ziyarətçilər burada sağlamlıq imkanları məhdud uşaqlar və fiziki məhdudiyyətli insanların əyləncəsi üçün nəzərdə tutulan “Dost guşəsi” ilə tanış olaraq, buradakı idman avadanlıqlarından yararlanıblar.
Qeyd edək ki, sözügedən guşədə sağlamlıq imkanları məhdud uşaqlar və fiziki məhdudiyyətli insanlar üçün yelləncəklər, attraksionlar quraşdırılıb.
Əlil Təşkilatları İttifaqı