Əlillik müddəti bitən şəxsə sonrakı 6 ayda yenidən əlillik təyin olunduqda, ötürülmüş müddət nəzərə alınacaq


01-06-2021

 

Əlillik müddəti bitən şəxsə sonrakı 6  ayda yenidən əlillik təyin

olunduqda, ötürülmüş  müddət nəzərə alınacaq

 

Həmin müddət üçün də sosial ödənişləri aparılacaq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.

Layihədə əlillik müddəti bitdikdən sonra 6  ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş  müddətin nəzərə alınması təklifi yer alıb.

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

 

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:1/6/2021     old.udpo.az saytı Geri